“Porsche” “Tesla”dan fərqli olaraq hər kəsə xidmət göstərəcək.
"Kommersant" xəbər verir ki, Almaniyanın "Porsche"si ABŞ-ın "Tesla" şirkəti ilə rəqabət çərçivəsində elektrik avtomobilləri üçün hazırladığı "Turbo Charging" adlı elektrik stansiyalarını bütün markaların xidmətinə verib.
20 dəqiqəyə 400 kilometrlik məsafə vəd edən ilk elektrik stansiyası Berlində açılıb.
Qeyd edək ki, "Tesla"da isə "Supercharger" adlı stansiya ancaq şirkətin öz avtomobillərinin təchizatı üçün fəaliyyət göstərir.