USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərsu” 4 regional su-kanal idarəsi yaradıb

19.07.2018 İqtisadiyyat
0 0
“Azərsu” ASC 4 şəhər və rayonda regional su-kanal idarəsi açıb.

"Azərsu" ASC-dən verilən məlumata görə, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə əsasən "Azərsu" ASC ölkə ərazisində 4 regional su-kanal idarəsini açıb.

Respublikanın şimal zonası üzrə 1 saylı Quba regional su-kanal idarəsinin əhatəsinə Xaçmaz, Quba, Şabran, Siyəzən və Xızı su-kanal idarələri, 2 saylı Ucar regional su-kanal idarəsinin əhatəsinə İsmayıllı, Şamaxı, Ağsu, Göyçay, Zərdab, Kürdəmir və Qobustan su-kanal idarələri, cənub zonası üzrə 3 saylı Lənkəran regional su-kanal idarəsinin əhatəsinə Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara su-kanal idarələri, Mil-Muğan zonası üzrə 4 saylı Şirvan regional su-kanal idarəsinin əhatəsinə Şirvan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Beyləqan, Füzuli, Cəbrayıl və Xocavənd su kanal idarələri daxildir.

Yeni yaradılan regional idarələrin hər birinə rəis təyinatları olub, ştat vahidləri üzrə işçilər qəbul edilib. Daha 4 regionda regional su-kanal idarələrinin yaradılması nəzərdə tutulur.

  • Əvvəlki

    Yaponiyanın addımı bazara təsir etməyəcək

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0