USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Britaniya Husilərə qarşı yeni sanksiyalar elan edib

23.01.2024 İqtisadiyyat
0 0
Britaniyanın baş naziri Sunak husilərə qarşı sanksiyaları və mümkün zərbələri açıqlayıb.

Britaniya Yəmən husilərinə qarşı yeni zərbələr endirməyə hazırdır və yaxın günlərdə də sanksiyalar tətbiq edəcək. Reuters xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak deyib.

Sunak ABŞ və İngiltərənin Yəmənə son zərbələrini şərh edib. O, İngiltərənin müttəfiqləri ilə birlikdə husilərə silah tədarükü ilə mübarizə aparacağını, həmçinin yeni raket hücumlarına icazə verdiyini bildirib.

“Biz bu məsələdə ABŞ-la yaxından işləyirik və yaxın günlərdə yeni sanksiya tədbirlərini elan etməyi planlaşdırırıq”, - deyə siyasətçi bildirib. O, Britaniyanın husilərin imkanlarını azaltmaq üçün istənilən effektiv vasitədən istifadə etməyi planlaşdırdığını vurğulayıb.

Sunak mümkün tədbirlər kimi silah tədarükü ilə mübarizəni və regional güclərlə danışıqları adlandırıb. O, həmçinin bildirib ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bir həftə ərzində Yaxın Şərqə səfər edəcək.

Bundan əvvəl üsyançı husilərin “Ənsar Allah” hərəkatının sözçüsü Yəhya Sariya bildirib ki, ABŞ və Britaniya yanvarın 23-nə keçən gecə Yəmənə 18 hava hücumu həyata keçirib. Onun sözlərinə görə, Yəmənin paytaxtı Səna 12 hava hücumuna məruz qalıb.