USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu rayonlarda logistika və ticarət mərkəzləri yaradılacaq

19.07.2018 İqtisadiyyat
0 0
2018-ci ildə “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 60 faizi tam icra edilib, 27 faizi qismən icra edilib, 13 faizi isə icra edilməyib.

Bu barədə ""Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Hesabatda vurğulanıb ki, Bakıda və ölkənin müxtəlif yerlərində logistika və ticarət mərkəzlərinin yaradılmasına dair məlumatlar əsasında Astara, Xaçmaz, Qazax rayonu və Yevlax şəhərində logistika və ticarət mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlanıb.

"Bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması və onların idarəolunma mexanizminin müəyyən edilməsi istiqamətində Qazaxıstan, Belarus, Türkiyə və Almaniyanın təcrübələri araşdırılıb. Heydər Əliyev Beynəlxalq Hava Limanı logistika qovşağının yaradılması istiqamətində bir sıra tədbirlər icra edilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında "Terminal 1" yeni aerovağzal kompleksi istismara verilib. 2017-ci ildə 12 yeni xarici aviaşirkət uçuşları həyata keçirməyə başlayıb. "Buta Airways" şirkəti yaradılıb və 2017-ci il sentyabr ayından ilk aşağıbüdcəli uçuşların təşkilinə başlanıb. Aviadaşımalar sahəsində fəaliyyət göstərən şirkətlərin səmərəliliyinin artırılması ilə bağlı təkliflər irəli sürülüb. Yalama-Astara dəmiryol xəttinin Sumqayıt-Yalama hissəsinin texniki iqtisadi əsaslandırılması hazırlanıb. Özəl sektorun dəniz nəqliyyatının inkişaf etdirilməsində rolu araşdırılıb və maye yük daşımaları, quru yük daşımaları, vaqon və avtotexnika daşımalarının hər biri ayrı-ayrılıqda təhlil olunub", - deyə hesabatda vurğulanıb.