USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük Britaniyada xidmət sektoru inkişaf edir

24.01.2024 İqtisadiyyat
0 0
Yanvar ayında Böyük Britaniyada xidmət sektorunda artım qeydə alınıb. S&P / CIPS tərəfindən edilən açıqlamada, ölkədə xidmət sektorunun Satınalma Menecerləri (PMI) məlumatlarının bu ilin yanvar ayında 53,8-ə yüksəldiyi bildirilib.

Ötən ay (dekabr 2023) ölkədə xidmət sektoru PMI məlumatları 53,4 səviyyəsində idi. PMI məlumatlarında 50-dən yuxarı sektor artımı, aşağıda isə sektoral daralma hesab olunur.

Təkcə xidmətlər sektoru Britaniya iqtisadiyyatının təxminən 80 faizini təşkil edir.

Açıqlamada ölkədə istehsal sektoru PMI məlumatlarının 47,3 olaraq qeyd edildiyi və bu məlumatın ötən ay (dekabr 2023) 46,2 olaraq təyin edildiyi xatırladıldı.

Açıqlamada, ölkədə xidmət və istehsal sektorlarını əhatə edən kompozit PMI məlumatlarının yanvar ayında 52,5-ə yüksəldiyi ifadə edildi.

Ölkədə kompozit PMI indeksi 2023-cü ilin dekabrında 52,1 olaraq qeydə alınıb.