USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dərman krizi böyüyür

24.01.2024 İqtisadiyyat
0 0
Tibbdə böhran böyüyür. Novartis şirkəti KOAH, epilepsiya, Alzheimer, miqren və göz xəstələrinin istifadə etdiyi 14 kritik dərmanın satışını dayandırıb.

İsveçrədə yerləşən Novartis şirkəti əczaçılıq anbarlarına göndərdiyi açıqlamada 14 dərmanın satışını tamamilə dayandırdığını açıqlayıb.

Açıqlamada deyilir: "Aşağıda qeyd olunan məhsullarımızın satışı 2023-cü ilin dekabr ayından etibarən tamamilə dayandırılıb. Novartis Türkiyə olaraq qeyd olunan məhsulların stoklarımız olmadığı üçün 1 yanvar 2024-cü il tarixindən etibarən tələbləriniz yerinə yetirilməyəcək".

Dayandırılan dərmanlara KOAH, göz təzyiqi, Alzheimer, miqren, göz infeksiyası, göz ağrısı və epilepsiya dərmanları daxildir. Bəzi dərmanların Türkiyədə analoqu yoxdur.

“Sözcü” qəzetinə danışan Novartis Pharmaceuticals Türkiyə Kommunikasiya və Xəstə Əlaqələri Direktoru Nilüfer Gürpınar Güner “Uzun müddətdir ki, Exelon, Trileptal və Desferal adlı məhsullarımızın ölkəmizdəki qiymətləri ilə bağlı ciddi problemlər yaşayırıq” dedi və əlavə etdi:

“Mövcud iqtisadi şərait və məzənnə fərqləri ilə əlaqədar olaraq bəzi formalarda məhsullarımızın bazara təqdim edilməsini dayandırmaq məcburiyyətindəyik”.