USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları uzadıb

24.01.2024 İqtisadiyyat
0 0
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların daha altı ay müddətinə uzadılmasını təsdiqləyib.

Avropa Rusiyaya qarşı sanksiyaların daha altı ay uzadılmasını təsdiqləyib. Bu barədə Avropa İttifaqındakı mənbəyə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Rusiya Federasiyasına qarşı tətbiq edilən və sonra dəfələrlə genişləndirilən və əlavə edilən iqtisadi sanksiyalar ən azı 2024-cü ilin iyul ayının sonuna qədər qüvvədə qalacaq. Bildirilir ki, “Rusiyanın Ukraynada vəziyyəti sabitsizləşdirən hərəkətləri ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər haqqında Aİ Şurasının qərarı” kimi formalaşdırılan bu cür tədbirlərin uzadılmasına dair bənd üzv ölkələrin daimi nümayəndələrinin razılığını alıb.