USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cəbrayılda günəş stansiyaları tikiləcək

26.01.2024 İqtisadiyyat
0 0
Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. Keçən il ərzində Cəbrayıl, Qubadlı, Zəngilanda 9 kənd, 1 qəsəbə, 3 şəhər mərkəzində müxtəlif yaşayış məhəllələri, məktəb, xəstəxana kimi təməlatmalar həyata keçirilib. Həmin infrastrukturlar, yaşayış kompleksləri insanların qayıdışına ciddi töhfə olacaq.

Kommersant.az xəbər verir ki, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan olunub, artıq işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunması əsas prioritetdir:

"Bu istiqamətdə böyük layihələr həyata keçirilməkdədir. Cəbrayılda günəş stansiyaları tikiləcək. Biz tikintidən danışırıqsa, bütün inzibati binalarımız növbəti kəndlərin tikintisində yaşıl enerjidən istifadə ediləcək. Ağalı kəndinin enerji təminatı bərpaolunan enerji vasitəsilə aparılır. Ümumilikdə, ağıllı şəhər, ağıllı kənd konsepsiyasına innovativ yanaşmalar tətbiq olunacaq".