Dünyanın 77 fərqli şəhərdən 2018-ci ilin yanvar və aprel aylarının statistik göstəriciləri əsas götürülərək hazırlanan hesabatda dünyanın ən bahalı şəhərlərinin siyahısı təqdim edilib.
"Kommersant" xarici mətbuata istinadən bildirir ki, dünyanın ən bahalı şəhəri İsveçrənin paytaxtı Sürixdir.
Türkiyənin İstanbul şəhəri ən bahalı şəhərlər siyahısında 67-ci yerdə qərarlaşıb. Sürixdən sonrakı yerləri Cenevrə, Oslo və Kopenhagen şəhərləri bölüşür. Siyahının ən aşağısında isə Misirin paytaxtı Qahirə şəhərinin adı yer alıb.
Sorğuda, qiymətlərin Nyu York şəhərinə nisbəti əsas götürülıb. Belə ki, qiymətlər dollar ilə hesablanıb.