USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmək kitabçaları ləğv edilir? - “Lazım deyil”

30.01.2024 İqtisadiyyat
0 0
“Fikrimcə, artıq əmək kitabçaları dövriyyədən çıxarılmalıdır. İndi bütün əsas təyinatlar – pensiya, müavinətlər və s. sığorta stajı ilə həyata keçirilir. Buna görə də əmək kitabçaları bütün funksiyalarını itirib”.

Kommersant.az bakupost.az-a istinadla xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.

O qeyd edib ki, hazırda əmək kitabçalarının yeganə rolu əmək stajını göstərməkdir:

“2006-cı ildən başlayaraq hər kəs üçün fərdi sosial sığorta hesabları mövcuddur və bir daha demək istəyirəm ki, əmək pensiyasının bütün növləri, müavinətlər və digərləri təyin olunarkən hər bir şəxsin həmin hesabda toplanan vəsaitinə uyğun hesablanır.

Ona görə də Azərbaycanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını ləngidən ciddi bir əsas yoxdur. Amma əmək kitabçaları dövriyyədən çıxarıldıqdan sonra belə onu cırıb atmaq olmaz. Çünki bəzi hallarda, məsələn, hakimliyə, vəkilliyə və s. qəbul olunmaq üçün əmək stajı tələb olunur. Bu zaman əmək kitabçalarını təqdim etmək lazımdır.

Bundan başqa, 2014-cü ildən əvvəl işləyənlər əmək pensiyasına çıxanda hər hansısa bir mübahisəli məsələ olduqda bu kitabçaya baxıla bilər”.

S.Məmmədov vurğulayıb ki, əmək kitabçası bir müddət ciddi hesabat sənədi statusunu saxlayacaq. O vaxta qədər ki, 2006-cı ilə qədər işləmiş nəsil üçün məsələlər bitmiş olsun:

“2006-cı ildən sonra işləyənlərə bu sənəd lazım deyil, onlar əmək kitabçası saxlamaya bilərlər. Lakin özləri istəsələr, saxlaya bilərlər”.

  • Əvvəlki

    Cənubi Koreya Şimali Koreyanın qanadlı raketlər buraxdığını açıqlayıb

Digər xəbərlər

08.01.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
08.01.2025 İqtisadiyyat
Dünya bazarlarında neftin qiyməti artdı
0 0
07.01.2025 İqtisadiyyat
Azərbaycanda yeni rüsumlar təsdiqləndi
0 0