USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ büdcəsini kəskin şəkildə artırıb

01.02.2024 İqtisadiyyat
0 0
Aİ-nin 2027-ci ilə qədər olan dövr üçün büdcəsi 64,6 milyard avro artırılıb.

Aİ sammiti yekun bəyanatına görə, icmanın çoxillik çərçivə büdcəsini 2027-ci ilin sonuna qədər olan dövr üçün 64,6 milyard avro artırmaq qərarına gəlib. Bu barədə TASS məlumat yayıb.

Aİ kəskin artırılan ayırmaların 50 milyard avrosunun Ukraynaya dəstək üçün istifadə olunacağına aydınlıq gətirib. Bunun fonunda qarşıya qoyulan yeganə şərt demokratik prinsiplərə və insan hüquqlarına, o cümlədən azlıqların hüquqlarına hörmət edilməsi tələbi idi.

Qalan 14,6 milyard avronun 7,6 milyardı qonşu ölkələrə əlavə yardım, 2 milyardı sərhəd nəzarəti və miqrasiyanın gücləndirilməsinə, 1,5 milyardı isə Aİ-nin müdafiə fondu vasitəsilə hərbi-texnoloji inkişafın stimullaşdırılmasına yönəldiləcək.

Aİ-yə üzv olan 27 ölkənin nümayəndələri tərəfindən Ukraynaya uzunmüddətli büdcə yardımı proqramının təsdiqini Avropa Şurasının rəhbəri Çarlz Mişel daha əvvəl bəyan etmişdi. Belə bir qərara qarşı çıxan Macarıstanın baş naziri Viktor Orban izah etdi ki, Kiyevə ayrılan vəsaitlərin məqsədəuyğun istifadəsinə nəzarət mexanizmi işlənib hazırlanacaq və Budapeştə onun pulunun Ukraynada bitməyəcəyinə zəmanət verilib.