USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FED-in iyunda uçot dərəcəsini endirməsi gözlənilir

18.03.2024 İqtisadiyyat
0 0
Qlobal bazarlar Amerika Federal Ehtiyat Bankının (FED) faiz qərarına fokuslanıb. FED-in 19-20 Mart tarixlərində keçiriləcək pul siyasəti toplantısında faiz dərəcəsini sabit saxlayacağı pul bazarlarında müəyyən olsa da, bankın faizləri endirməyə başlaması ehtimalı may ayında 7 faiz, iyunda isə 59 faiz səviyyəsində qiymətləndirilib.

Bankın faiz qərarından sonra FED sədri Jerome Powell tərəfindən verilən təlimatın əhəmiyyətini vurğulayan analitiklər, bankın iqtisadi proqnozlarını və siyasət faizi ilə bağlı üzvlərin gözləntilərini özündə əks etdirən "nöqtə plot" qrafikinin də diqqət mərkəzində olduğunu bildiriblər. Avropada bütün gözlər İngiltərə Bankının (BoE) cümə axşamı günü açıqlayacağı faiz qərarına, eləcə də bu həftə açıqlanacaq inflyasiya məlumatlarına yönəlib.

Avropa Mərkəzi Bankı (AMB) üzvlərinin şifahi təlimatları həftə ərzində təqib edilərkən, ECB vitse-prezidenti Luis de Guindos, ECB-nin iyun ayında faiz dərəcələrini aşağı salıb azaltmayacağına dair qərar vermək üçün kifayət qədər məlumata sahib olacağını söyləyib.

ECB üzvü Klaas Knot da bildirdi ki, maaşlar yavaşlayan inflyasiya gözləntilərini təsdiqləməyə davam edərsə, bank bu il faiz dərəcələrini ən azı üç dəfə azalda bilər və ilk addımı iyun ayında edə bilər.

Analitiklər, AMB-nin pul bazarlarında ilk faiz endiriminə başlama ehtimalının apreldə 11 faiz, iyunda isə 88 faiz səviyyəsində qiymətləndirildiyini bildiriblər. Ötən həftə Asiya birjalarında qarışıq kurs üstünlük təşkil etsə də, Yaponiya Bankının (BoJ) bu həftə açıqlayacağı faiz qərarı əhəmiyyətlidir.

Yaponiyanın 17 ildə ilk dəfə olaraq mənfi faiz dərəcələrinə son qoyacağı və faiz dərəcələrini artıracağı gözlənilir. Ölkədəki həmkarlar ittifaqları və işəgötürənlər arasında "Şunto" adlı yaz əmək haqqı danışıqlarında güclü maaş artımlarının ola biləcəyinə dair işarələrdən sonra, BoJ-nin 2007-ci ilin fevralından bəri ilk faiz artımını edə biləcəyi və mənfi siyasət faizindən imtina ediləcək.

BoJ, kütləvi monetar genişlənmənin simvolu olaraq görülən mənfi faiz dərəcələrini tətbiq edən dünyada yeganə mərkəzi bank olaraq seçilir. İldə 8 dəfə pul siyasəti iclasları keçirən BoJ yanvar, aprel, iyul və oktyabr aylarında iqtisadi proqnozları yeniləyir.

  • Əvvəlki

    Hakan Fidan Bakıda gürcü həmkarı ilə - GÖRÜŞDÜ

Digər xəbərlər