Texnologiya və proqram nəhəngi Microsoft, bu ilin aprel-iyun dövründə gəlirinin və xalis mənfəətinin artdığını açıqlayıb.
"Kommersant" xəbər verir ki, bu ilin aprel-iyun dövrünü, 2017-ci maliyyə ilinin dördüncü rüb olaraq qəbul edən Microsoft balansını açıqlayıb.
Balansa görə, şirkətin xalis mənfəəti, bu ilin aprel-iyun dövründə ötən ilin eyni dövrünə nisbətən 9,9 faiz artaraq 8,87 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti keçən ilin eyni dövründə 8,07 milyard dollar olmuşdu.
Həmin dövrdə şirkətin gəliri isə 25,61 milyard dollardan 30,09 milyard dollara qalxaraq 7,5%-lik bir artım göstərib.