USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sürətli böyüyən iqtisadiyyatlar sıralandı

06.02.2024 İqtisadiyyat
0 0
Baş nazir Modi: Hindistan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrilib.

2023-cü ilin aprel-sentyabr aylarının nəticələrinə əsasən, Hindistan 7,5 faizlik ÜDM artımı ilə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı oldu. TASS xəbər verir ki, bu barədə Asiya ölkəsinin baş naziri Narendra Modi bildirib.

Söhbət Hindistanın cari maliyyə ilinin ilk altı ayı üzrə ÜDM artım tempindən gedir (1 aprel 2023-cü ildə başlayıb və 31 mart 2024-cü ildə bitir). Onun sözlərinə görə, bu dövr üçün dünya orta göstəricisi ilə müqayisədə bu rəqəm “çox yüksək” olub.

Baş nazir həmçinin Hindistanın yaxın gələcəkdə yüksək iqtisadi artım templərini qoruyub saxlaya biləcəyini proqnozlaşdırıb. “Hindistan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrilib. Və bu yaxınlarda BVF bizim də eyni sürətlə inkişaf edəcəyimizi proqnozlaşdırdı”, – deyə Modi Qoada Beynəlxalq Enerji Həftəsinin açılışında çıxışı zamanı yekunlaşdırıb.

Bundan əvvəl Beynəlxalq Valyuta Fondunun (BVF) Asiya-Sakit Okean Departamentinin direktoru Krişna Srinivasan Hindistanın qlobal iqtisadiyyata təsirinin ortamüddətli perspektivdə artacağını bildirib. Ekspertin gözləntilərinə görə, 2028-ci ilə qədər Asiya ölkəsi qlobal ÜDM-ə töhfəsini hazırkı 16 faizdən 18 faizə yüksəldəcək. Hindistanın təsirinin güclənməsinə Çində iqtisadi artımın yavaşlaması da kömək edəcək.