USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ fermerlərin problemlərinin həlli yollarını axtarır

06.02.2024 İqtisadiyyat
0 0
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen fermerlərə daha çox maaş verilməli və səxavətli təşviqlər təklif edilməli olduğunu söyləyib.

Von der Leyen Strasburqda Avropa Parlamentinin (AP) Baş Assambleyasının sessiyasında fermerlərin etirazları ilə bağlı açıqlamalar verib.

Keçən həftə Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsi zamanı bütün Avropadan fermerlərin küçələrə çıxdığını xatırladan fon der Leyen, "Fermerlər özlərini küncə sıxılmış hiss edirlər" dedi.

İqlim dəyişikliyinin təsirini ilk hiss edənlərin fermerlər olduğuna diqqət çəkən Von der Leyen, quraqlıq və daşqınların məhsula zərər verdiyini xatırladıb.

Rusiya-Ukrayna müharibəsinin təsirini fermerlərin də hiss etdiyinə diqqət çəkən von der Leyen, müharibənin inflyasiya, artan enerji və gübrə xərcləri kimi nəticələrinin olduğunu ifadə edib:

“Dayanıqlı istehsal modelinə keçmək lazımdır. Bu bir faktdır ki, son illər fermerlərin problemləri artıb. Fermerlər öz səslərini eşitməyə layiqdirlər. Mən bilirəm ki, onlar kənd təsərrüfatının gələcəyi və fermer kimi öz gələcəkləri üçün narahatdırlar".

Ursula fon der Leyen bu səbəbdən AB-də kənd təsərrüfatının gələcəyi ilə bağlı strateji dialoqa başladıqlarını xatırladıb və maraqlı tərəflərlə vəziyyəti təhlil edəcəklərini və fikir mübadiləsi apararaq gələcək ssenarilər hazırlayacaqlarını bildiriblər.

Qütbləşmiş müzakirələrdən kənara çıxmağın və etimadın qurulmasının vacibliyinə işarə edən von der Leyen, Avropada qida istehsalı sisteminin unikal olduğunu və qida məhsullarının mədəniyyət və ənənələrdə müxtəlifliyi əks etdirdiyini xatırladıb.