USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bazarlarda bitkoin 45 min dolları keçib

08.02.2024 İqtisadiyyat
0 0
Qlobal bazarlarda risk iştahının artması və spot Bitcoin birja fondlarına (ETF) marağın davam etməsi nəticəsində Bitcoin kriptovalyutasının qiyməti 45 000 dollardan yuxarı satılır.

Coinmarketcap analiz şirkətinin məlumatlarına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 4,6 faiz artaraq 1 trilyon 703 milyard dolları keçib.

Ən böyük kriptovalyuta olan Bitcoin-in qiyməti spot Bitcoin ETF-lərinə investisiyalar 9 gündür artmağa davam etdiyi üçün son 24 saatda 5 faizdən çox dəyər qazanıb.

Böyük mərkəzi bankların bu il faiz dərəcələrini azaltmağa başlayacağı və daha dəstəkləyici monetar siyasətə keçəcəyi ilə bağlı gözləntilər də Bitcoin-in artımını dəstəkləyir.

Bu gün CET vaxtı ilə 19.10-da 45 min 300 dollardan satılan bitkoin 11 yanvardan bu yana ən yüksək dəyərinə çatıb. Bitkoinin həftəlik dəyər qazancı 6,3 faizi keçib.

Bitcoin 2023-cü ilin oktyabr ayından etibarən 70 faizdən çox dəyər qazandı, lakin hələ də 2021-ci ilin noyabrında 68 990 dollar olan rekord səviyyəsindən çox uzaqdadır. Bitkoinin qiyməti keçən il təxminən 157 faiz artıb.

Analitiklər qeyd edirlər ki, kriptovalyutanın qiymətindəki yüksəliş sürəti aprel ayında baş verəcək yarılanma prosesi və yeni Bitkoin tədarükünü azaldacaq şəkildə davam edə bilər.

Bazar dəyərinə görə ikinci yerdə olan Ethereum, son 24 saatda yüzdə 2,7 dəyər qazanaraq 2 min 441 dollara çatıb. Ethereum da 2021-ci ildə 4 min dolları keçərək rekord qırdı.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) yanvarın 11-də 11 fərqli spot Bitcoin ETF ərizəsini təsdiqlədi.