USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qazprom Çinə təbii qaz nəqlində rekord qırıb

08.02.2024 İqtisadiyyat
0 0
Rusiyanın enerji şirkəti "Qazprom" boru kəməri ilə Çinə təbii qaz nəqlində gündəlik həcm rekordunun bu il altıncı dəfə qırıldığını bildirib.

“Qazprom”un verdiyi yazılı açıqlamada bildirilib ki, “Sibirin Gücü” boru kəmərindən gündəlik yüklənmə həcmi müqavilə öhdəliklərini aşmağa davam edir.

Açıqlamada Çinə daşınma üzrə gündəlik həcm rekordunun bu il altıncı dəfə qırıldığı diqqətə çatdırılıb və rekord səviyyəli daşınmanın fevralın 7-də edildiyi qeyd edilib.

Açıqlamada Sibirin Gücü boru kəməri ilə nəql edilən təbii qazın miqdarı ilə bağlı heç bir məlumat paylaşılmayıb.

Qazprom 2023-cü ildə Çinə 22,7 milyard kubmetr qaz göndərib.

“Sibirin Gücü” xəttinin illik gücünün 2025-ci ildə 38 milyard kubmetrə çatması planlaşdırıldığı halda, “Qazprom” “Sibirin Gücü 2” xəttinin inşası ilə Çinə ümumi təbii qaz nəqlinin həcmini təxminən 100 milyard kubmetrə çatdırmağı hədəfləyir.