USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Rusiyadan almaz idxalına qadağa qoyub

09.02.2024 İqtisadiyyat
0 0
ABŞ mart ayından etibarən Rusiyadan brilyant və almaz zinət əşyalarının idxalını qadağan edəcək.

ABŞ martın 1-dən Rusiyadan keyfiyyətsiz brilyant və almaz zinət əşyalarının idxalına qadağa qoyub. Bu barədə RİA Novosti məlumat yayıb.

Aydınlaşdırılır ki, 2024-cü il martın 1-dən Rusiyadan ABŞ-a çəkisi 1 karatdan çox olan qeyri-sənaye almazlarının, sentyabrın 1-dən isə 0,5 karatdan idxalı qadağandır.

Daha əvvəl məlum olub ki, ABŞ 2022-ci ilin martından bəri ilk dəfə Rusiya neftinin idxalını bərpa edib. Enerji təchizatında fasilə il yarım davam edib.

Amerika statistika xidmətinin məlumatına görə, 2023-cü ilin payızında Vaşinqton yenidən Rusiyadan neft idxal etməyə başlayıb, sonra isə ikinci alışını həyata keçirib. Qeyd olunur ki, ötən ilin oktyabrında ABŞ 36,8 min barel Rusiya nefti alıb. İdxal dəyəri 2,7 milyon dollar olub.

  • Əvvəlki

    Aİ Polşa və Baltikyanı ölkələrin müqavimətindən danışıb

Digər xəbərlər