USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təhsil və Mədəniyyət nazirliklərində dövlət qulluğuna qəbulla bağlı müsahibənin - NƏTİCƏLƏRİ

20.07.2018 İqtisadiyyat
0 0
Təhsil Nazirliyində 15 may 2018-ci il və Mədəniyyət Nazirliyində 14 iyul 2018-ci il tarixində elan edilmiş daxili müsahibələr başa çatıb.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən "Kommersant"a verilən məlumata görə, Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyində müsahibəyə çıxarılması üçün yüksək vəzifələr təqdim olunub. Təqdim olunan ən yüksək vakant vəzifələr Mədəniyyət Nazirliyində aparat rəhbərinin müavini- şöbə müdiri, Təhsil Nazirliyində isə şöbə müdiri və regional bölmələrin rəhbərinin müavini vəzifələridir.

Qeyd edək ki, bu dövlət orqanları tərəfindən vakansiyaya çıxarılan 20 vakant vəzifə üzrə müsahibədə iştirak etmək üçün 21 nəfər qeydiyyatdan keçib. Mədəniyyət Nazirliyi üzrə keçirilən müsahibələrdə iştirak edən namizədlərin müvəffəqiyyət göstəricisi 100%-dir. Ümumilikdə isə müsahibədə iştirak edən namizədlər arasında 17 namizəd vakant vəzifəyə uyğun hesab edildiyi halda, 2 namizəd vəzifə üçün uyğun hesab edilməyib, 2 namizəd isə müsahibədə iştirak etməyib.

  • Əvvəlki

    AMB-nin valyuta məzənnələri

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0