Avropa İttifaqında 2023-cü ilin 4-cü rübündə şirkət müflislərinin sayı 4,4% artıb.
Avropa İttifaqında şirkətlərin müflisləşməsinin sayı 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artıb. Bu barədə “İnterfaks” Aİ-nin statistika idarəsinin məlumatlarına istinadən yazır.
Bununla yanaşı, ötən ilin üçüncü rübü ilə müqayisədə müflisləşən şirkətlərin sayı cəmi 0,6 faiz artıb. 2023-cü ilin son üç ayında müflis şirkətlərin sayında ən nəzərəçarpacaq artım nəqliyyat və anbar xidmətləri sektorunda (əvvəlki rüblə müqayisədə üstəgəl 9,3 faiz), ticarətdə (plus 7,7 faiz), mehmanxana və ictimai iaşə sektorunda müşahidə olunub (üstəgəl 1,1 faiz).