OPEK neftin bahalaşacağı ilə bağlı açıqlama verib.
"Kommersant" xəbər verir ki, bu gün səhər saatlarından etibarən dünya bazarında neftin qiyməti qalxmağa başlayıb. OPEK-in Səudiyyə Ərəbistanındakı nümayəndə heyəti ilin ikinci yarısında neft ehtiyatlarının azalacağına dair məlumat yayıb.
Belə ki, hazırda "Brent" markalı neftin qiyməti 0,28% bahalaşaraq hər barelə görə 72,78 dollar, "WTI" markalı neftin qiyməti isə 0,1% artaraq 68,33 dollar olub.
OPEK açıqlamasında bildirib ki, hazırda beynəlxalq bazarda vəziyyətin yaxşı olmasına baxmayaraq ikinci yarımildə xammalın azalması və mövsümi səbəblər neft qiymətlərinin qalxmasına səbəb ola bilər.