USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yanvar ayında gündəlik 598 min barel neft hasil olunub

16.02.2024 İqtisadiyyat
0 0
Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub.

Energetika Nazirliyindən bildirilib ki, bunun 474 min barelini xam neft, 124 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.