USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlin I yarısında elektrik enerjisinə görə yığım səviyyəsi 94,6%-ə çatdırılıb

20.07.2018 İqtisadiyyat
0 0
Bu ilin altı ayı ərzində ölkədə ümumilikdə 135 494 ədəd olmaqla, əhali istehlakçılarına aid 122 602 ədəd, qeyri-əhali istehlakçılarına aid 12892 ədəd uçot dəstləri bərpa olunub.

"Kommersant" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin məlumatında qeyd olunub.

Bundan əlavə, ümumilikdə 100 799 ədəd, o cümlədən əhali istehlakçılarına aid 90 369 ədəd, qeyri-əhali istehlakçılarına aid 2 462 ədədköhnə elektrik sayğacları yenisi ilə əvəz edilib. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjsinə görə ümumi yığım səviyyəsi hesabat dövründə 94,6%-ə çatdırılıb.

Hazırda "Azərişıq" ASC tərəfindən "Asan Xidmət" mərkəzləri vasitəsi ilə abunəçilərə texniki şərtlərə dair müraciətlərin qəbulu, elektrik şəbəkəsinə qoşulması, borcun araşdırılması, borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi, istehlakçının balansında olan elektrik şəbəkələrdə texniki xidmətin göstərilməsi və s. xidmətlər daxil 13 növ xidmət göstərilir.

Bildirilib ki, "Azərişıq" ASC 2018-ci ilin 6 ayı ərzində qarşıya qoyulan bütün tapşırıqları artıqlaması ilə yerinə yetirib. Respublikanın bütün istehlakçılarını keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün ən vacib işlər həyata keçirilib.

Qeyd edilib ki, Bakı şəhəri üzrə Sabunçu rayonunun elektrik təchizatının yaxşılaşdırılması üçün 110/35/10 kV-luq "Bakıxanov" yarımstansiyasında yenidənqurma işləri aparılıb. Yarımstansiyada yeni 35 və 10 kV-luq paylayıcı qurğular inşa edilərək eleqaz və vakuum tipli elektrik avadanlıqlarla təchiz olunub. 110/35/10 kV-luq 2x25 MVA gücündə transformatorlar 2x40 MVA gücündə transformatorlarla əvəz edilib.

Xəzər rayonu Şağan qəsəbəsində inşa edilmiş 6/0,4 kV-luq 2x400 kVA gücündə 33 saylı transformator məntəqəsi, Yasamal rayonunda 10/0,4 kV-luq 1151 saylı transformator məntəqəsi müasir avadanlıqlarla təmin olunub. Bundan başqa Abşeron rayonu Güzdək qəsəbəsində 10 kV-luq paylayıcı qurğu inşa edilib.

"Ağ Şəhər" layihəsi çərçivəsində 110/35/10 kV-luq 2x50 MVA gücündə "Ağ Şəhər-2" yarımstansiyasında elektrik quraşdırma işləri aparılır. "Ağ Şəhər-1" və "Ağ Şəhər-2" yarımstansiyaları arasında 13500 metr uzunluğunda 110 kV-luq iki dövrəli kabel xətləri çəkilib, 35/0,4 kV-luq transformator məntəqəsi inşa edilir.

Bildirilib ki, regionlar üzrə də əhalinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün Qəbələ rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə "Qəbələ", İsmayıllı rayonunda 110/35/10 kV-luq 2x16 MVA gücündə "İsmayıllı", 110/35/10 kV-luq 10 MVA gücündə "Topçu", Ağdaş rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Ağdaş", Ağcabədi rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Ağcabədi-2", Sabirabad rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə "Cavad", Cəlilabad rayonunda 110/35/10 kV-luq 2x31,5 MVA gücündə "Cəlilabad", Lənkəran şəhərində 110/35/10 kV-luq 2x25 MVA gücündə "Lənkəran-2", Tərtər rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə "Tərtər", Xızı rayonunda 35/10 kV-luq 1,8 MVA gücündə "Baxışlı", Sabirabad rayonunda 35/10 kV-luq 2x4 MVA gücündə "Azadakənd" yarımstansiyaları inşa edilib.

"Azərişıq" ASC Xəzər rayonu Şüvəlan qəsəbəsində istilik kompleksinin, Salyan rayonunda Qızılağac aqroparkın elektrik təchizatı üçün 35/0,4 kV-luq yarımstansiyalar inşa edilərək istismara verib.

Hesabat dövründə Bakı şəhəri üzrə 110 kV-luq 1 ədəd yarımstansiyada, 35 kV-luq 4 ədəd yarımstansiyada yenidənqurma və əsaslı təmir işləri, 35 kV-luq 5 ədəd yarımstansiyada cari təmir işləri aparılıb. Regionlarda 110 kV-luq 1 ədəd yarımstansiyada, 35 kV-luq 9 ədəd yarımstansiyada yenidənqurma və əsaslı təmir işləri, 35 kV-luq 49 ədəd yarımstansiyada cari təmir işləri yerinə yetirilib.

Altı ay ərzində 192 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 14,4 km 110 kV-luq, 30,4 km 35 kV-luq, 242,9 km 6-10 kV-luq, 516,6 km 0,4 kV-luq kabel xətləri çəkilib, 33 km 35 kV-luq, 604,8 km 6-10 kV-luq, 2417,1 km ÖİN 0,4 kV-luq hava xətləri, 12,1 km 0,4 kV-luq hava xətləri çəkilmiş və təmir olunub və 79 831 ədəd müxtəlif gərginlikli dayaqlar quraşdırılıb.

Cari ilin 28 iyun tarixinədək 27 ədəd 110 kV-luq, 131 ədəd 35 kV-luq, 1360 ədəd 6 və 10 kV-luq yarımstansiyalarda elektrik avadanlıqlarının, 60 km 110 kV-luq, 395 km 35 kV-luq, 914 km 6 və 10 kV-luq 2500 km-dən artıq 0,4 kV-luq elektrik veriliş xətlərində texniki vəziyyətinin yoxlanılması təmin olunub. müəyyən edilmiş nasazlıqların aradan qaldırılmaqla təmir və sınaq işləri aparılıb və 236 ədəd 6-10 kV-luq, 19 ədəd 35 kV-luq transformator əsaslı təmir edilib.

Regionlarda elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi uçotunun dəqiq aparılması üçün istismar müddətini başa vurmuş 0,4 kV-luq köhnə elektrik şəbəkələrində yenidənqurma işləri aparılıb. Bu işlər 52 rayonunun 80 kəndində artıq yekunlaşıb. Bu məqsədlə 15661 abonentin elektrik sayğacları və yaşayış evlərinin elektrik xətləri həyətyanı sahələrdən çölə çıxarılıb. 27942 ədəd 0,4 kV-luq dayaq, 1029 km-dən çox ÖİN xətləri çəkilib.

"Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli 3535 saylı Sərəncamın icrası ilə əlaqədar "Azərişıq" ASC-nin balansına verilmiş Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarında təmir və bərpa işləri aparılır. Stansiyaların istehsal etdiyi elektrik enerjisini ötürülməsi üçün Yeni Yaşma Külək Elektrik Stansiyasının ərazisində 20/110 kV-luq 2x40 MVA gücündə və 10/35 kV-luq 4 MVA gücündə yarımstansiyalar inşa edilib. 110 kV-luq "4-cü Yaşma" və 35 kV-luq "Yaşma Bağları" hava xətləri ilə əlaqələndirilib.

  • Əvvəlki

    “Səba” istehlakçılara müraciət edib

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0