USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyada istehlakçı inamı artıb

27.02.2024 İqtisadiyyat
0 0
Almaniyada İstehlakçı Güvən İndeksi fevral ayında baş verən ciddi enişdən sonra mart ayında bir qədər yüksəlib. ​

Baş ofisi Almaniyada yerləşən bazar araşdırması şirkəti GfK və Nürnberq Bazar Qərarları İnstitutu gələn ay üçün İstehlakçı Güvən İndeksinin nəticələrini açıqlayıb.

Buna görə, yanvar ayında yenidən nəzərdən keçirilən və bu ay üçün mənfi 29,6 olaraq ölçülən İstehlakçı Güvən İndeksi, mart ayında 0,6 bal artaraq mənfi 29 bənd oldu. Beləliklə, fevral ayında 4.2-lik ciddi enişdən sonra indeks mart ayında bir qədər yüksəlib.

Qeyd edək ki, bazar gözləntisi indeksin mənfi 29 bəndədək yüksələcəyi idi.

Qənaət etmək meyli var

GfK hesabatında almanların ümumi iqtisadi vəziyyəti nəzərə alaraq hələ də qənaət etməyi düşündüyü və gəlir gözləntilərinin kəskin artmasına baxmayaraq istehlak mühitindəki bərpanın kifayət qədər orta səviyyədə qaldığı vurğulanıb.

Nürnberq Bazar Qərarları İnstitutu Mütəxəssisi Rolf Buerkl etdiyi qiymətləndirmədə, "İstehlakçılar çox narahatdırlar. Davam edən qiymət artımı ilə yanaşı, bu il Almaniya iqtisadiyyatı üçün zəif iqtisadi proqnozlar da bunun mühüm səbəbi ola bilər" dedi.

  • Əvvəlki

    Kriptovalyuta platforması OKX TR istifadəyə verilib

Digər xəbərlər