Türkiyə valyutası bir dollar üçün 32 lirə ilə tarixi minimuma çatıb.
Martın 11-də türk lirəsi rekord həddə düşüb. Beynəlxalq Forex bazarındakı ticarət məlumatlarına görə, məzənnə bir dollar üçün 32 lirə ilə tarixi minimuma çatıb.
Sayt açılanda məzənnə 1 dollar üçün 31,8 lirə idi. Yazı hazırlanarkən türk valyutası 0,51 faiz ucuzlaşmışdı. Onun minimum dəyəri 1 dollar üçün 32,018 lirə olub.