Texnologiya nəhəngi “Microsoft” aprel-iyun ayı ərzində gəlirini artırıb.
"Kommersant" xəbər verir ki, dünyanın ən nəhəng texnologiya şirkətlərindən biri "Microsoft" ilin aprel-iyun ayları ərzində keçən ilin eyni ayları ilə müqayisədə 9,9% artaraq 8,87 milyard dollara qalxıb.
Qeyd edək ki, şirkətin ötən ilin eyni ayında gəliri 8,07 milyard dollar olub.
Şirkətin hissələrinin məbləği isə 1,03 dollardan 1,14 dollara yüksəlib.