"Kommersant" xəbər verir ki, Avropa Birliyinin "Google" şirkətinə tətbiq etdiyi 5 milyarda yaxın cərimədən sonra şirkət "Android" platformasının istifadəsini pullu edəcəyi ilə bağlı iddia irəli sürüb.
Belə ki, həm istehsalçılar, həm "developer"lər, həm də operatorlar üçün sərfəli hesab olunan "Android" platformasının ödənişli olması təbii ki, texnologiya sahəsinə əsaslı şəkildə mənfi təsirlər göstərə bilər. "Google" isə bunu bilərək AB-ni birbaşa hədələyir. AB-nin qərarının nə olacağı isə dünyanın diqqət mərkəzindədir.
Qeyd edək ki, dünya mobil sistemlərinin 80%-i məhz "Android" platforması ilə çalışır.