USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan gözlənilməz addım - ÇİN İLƏ BARIŞIQ

21.07.2018 İqtisadiyyat
0 0
ABŞ-Çin qarşıdurması həll yolunda.

"Kommersant" xəbər verir ki, ABŞ-ın maliyyə naziri Stephen Mnuchin açıqlama verərək Çinin istəkli olduğuna inanacaqları təqdirdə ABŞ-ın Çinlə razılığa gələ biləcəyini bildirib.

Mnuchin açıqlamasında bildirib ki, imzalanacaq saziş ABŞ-ın intellektual mülkiyyət hüququnu qorumalı, Çin bazarında Birləşmiş Ştatlara ədalətli rəqabət imkanları təqdim etməlidir.

Mnuchin əlavə edib ki, rəsmi ABŞ hazırda yarımilin hesabatı üzərində işləyir və Çinin hesabatını da diqqətdə saxlayır. Mnuchinin sözlərinə görə, zəifləməkdə olan Çin valyutasına qarşı hökumətin hansı addımı atacağı diqqətlə izlənir.