USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Toxumçuluq təsərrüfatlarında kondisiyalı toxumların tədarükünə başlanılıb

22.07.2018 İqtisadiyyat
0 0
Toxumluq əkin sahələrində məhsuldarlıq 35 sentnerdən yüksəkdir.

Bu barədə “Kommerant”a Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda istehsalçı fermerlərin sertifikatlı buğda və arpa toxumlarına olan tələbatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam edir. Ötən ilin payızında 2018-ci ilin toxumluq məhsulu üçün 60 min hektara yaxın sahədə əkin aparılıb.
Sort təmizliyi və keyfiyyəti müvafiq standartların tələblərinə cavab verən toxum əldə etmək üçün aprobasiyasına icazə verilmiş 49 min hektar sahənin 82%-də biçin aparılıb və hazırda biçin davam edir. Toxumluq sahələrdə orta məhsuldarlıq 35 sentnerdən yüksəkdir. Biçini başa çatdırmış toxumçuluq təsərrüfatlarında toxumların təmizlənməsinə başlanılıb.
Tədarük olunan toxumluq məhsulun təmizlənərək kondisiyaya çatdırılması üçün onun nəmliyi 12%-dən yüksək və təmizliyi 98%-dən aşağı olmamalıdır. Nəmliyi və təmizliyi uyğun olmayan toxumların cücərmə qabiliyyəti və təsərrüfat yararlılığı aşağı olur. Bu səbəbdən də Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti toxumların optimal müddətdə təmizlənərək kondisiyaya çatdırılması üçün yerli qurumların mütəxəssislərinə mütəmadi olaraq toxumçuluq təsərrüfatlarında olması və toxumluq məhsulun dərmanlanması, qablaşdırılması, etiketlənməsi və partiyalarla yığılması haqqında toxum istehsalçılarını təlimatlandırmaq tapşırılıb.

  • Əvvəlki

    "Instagram"da onlayn olanları görmək mümkün oldu

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0