USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fatih Birol: Azərbaycan Beynəlxalq Enerji Agentliyinin çox dəyərli tərəfdaşdır

22.07.2018 İqtisadiyyat
0 0
Azərbaycan Beynəlxalq Enerji Agentliyinin (BEA) çox dəyərli tərəfdaşdır.

"Kommersant" xəbər verir ki, bunu Trend-ə müsahibəsində BEA-nin icraçı direktoru Fatih Birol deyib.
Birol bildirib: "Biz "EU4Energy" proqramı çərçivəsində sıx əməkdaşlıq edirik, bununla da statistika və məlumatları, həmçinin enerji siyasətini yaxşılaşdırırıq".

İcraçı direktor həmçinin özünün Azərbaycana nəzərdə tutulan səfəri barədə danışıb: "Mən Bakıya bu ilin sentyabr ayında gələndə Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşümü səbirsizliklə gözləyirəm. Bizə çox şeyi müzakirə etmək lazımdır, həmçinin Azərbaycanın enerji tranzit mərkəzi kimi oynadığı vacib rolu. Biz həmçinin BEA və Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsi üçün yolları müzakirə edəcəyik".
Birol həmçinin qeyd edib ki, Azərbaycan qlobal enerji sistemində çox mühüm rol oynayır: "Azərbaycan iri neft və qaz istehsalçısı və strateji cəhətdən mühüm tranzit enerji xabıdır. Azərbaycan qlobal enerji təhlükəsizliyinin artırılması üçün imkanlar təqdim etməklə və regiona iqtisadi fayda gətirməklə, Xəzər regionu və Avropa arasında enerji körpüsü rolunu oynayır".
Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan beynəlxalq neft-qaz layihələrindən danışan Birol deyib ki, Bakı-Tbilsi-Ceyhan və "Cənub Qaz Dəhlizi" kimi vacib kəmərlər Xəzər regionu və Avropa arasında enerji əlaqələrinin möhkəmlənməsinə xidmət edir: "Bu kəmərlər Azərbaycan nefti və qazına beynəlxalq bazara çıxmağa imkan yaradır. "Cənub Qaz Dəhlizi" qazın Avropaya nəqlinin əlavə marşrutunu yaradacaq, bu da qaz nəqli yollarını daha çox şaxələndirilməsinə imkan verəcək".

  • Əvvəlki

    Toxumçuluq təsərrüfatlarında kondisiyalı toxumların tədarükünə başlanılıb

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0