Səlcuk Akat:Türkiyədə 2 mindən çox Azərbaycan iş adamı qlobal səviyyədə fəaliyyət göstərir

22.07.2018
İqtisadiyyat
0
0
Türkiyə Azərbaycan iqtisadiyyatına 11 miyard dollar sərmayə qoyub.
"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat deyib.
Sədrin sözlərinə görə, Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 13 milyard dollardır.
Türkiyə Statistika İnstitutunun məlumatına görə, Azərbaycan və Türkiyə arasında 2017-ci ildə mal dövriyyəsi 1,7 milyard dollar təşkil edib, cari ilin ilk beş ayı ərzində isə - 759,4 milyon dollar.
"Hal-hazırda Türkiyə bazarında şirkət açan 2 mindən çox Azərbaycan iş adamı var və onlar qlobal səviyyədə fəaliyyət göstərir. Bu arada, Azərbaycanda 2500-ə yaxın türk şirkəti fəaliyyət göstərir", - deyə Akat bildirib.
Digər xəbərlər

19.03.2025
İqtisadiyyat
Amerikalı rejissor Netflix-i 11 milyon dollar aldatmaqda ittiham edilərək həbs edilib
0
0

19.03.2025
İqtisadiyyat
Neft qiymətləri ilə bağlı risklər aşağı istiqamətdə qalmaqdadır - Goldman Sachs
0
0

18.03.2025
İqtisadiyyat
Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 38%-ə yaxın artıb
0
0