Azərbaycanda papiros və siqaretlərin istehsalı 6 dəfəyə yaxın artıb.
"Kommersant" Dövlət Statistika Komitəsinin (DSK) hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar- iyun aylarında 2 278,4 milyon ədəd papiros və siqaret istehsal edilmişdir. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 dəfə çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycana 60 milyon 137 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. Bu, 2017-cı ilin eyni dövrü ilə müqayisədə 12 milyon 318 min dollar və yaxud 17% azdır.
Hesabat dövründə Azərbaycandan 5 528,07 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 550 880 dollar və yaxud 9,06% azdır.