"Kommersant" xəbər verir ki, ABŞ prezidenti beş ölkənin amerikan məhsullarına əlavə vergi tətbiq etməsi səbəbiylə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.
Qeyd edək ki, ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi gömrük vergisinə cavab olaraq Kanada, Türkiyə, Çin, Avropa Birliyi və Meksika bəzi ABŞ məhsullarına vergi qoyub. Trump isə ÜTT-ə müraciət edərək bu vergilərin təşkilatın qaydalarına zidd olması iddiası ilə məsələyə aydınlıq gətirilməsini istəyib.