"Kommersant" xəbər verir ki, Çinin xarici işlər nazirinin sözçüsü Geng Shuang ABŞ prezidentinin Çinin bütün ixrac məhsullarına vergi tətbiq edəcəyi ilə bağlı təhdidə bu gün keçirilən brifinqdə fikir bildirib. Geng Shuang açıqlamasında, Çinin ABŞ-la ticarət savaşı sürdürmək istəmədiyini və fikir ayrılıqlarına ortaq bir həll tapmağa çalışdığını bildirib.
O əlavə edib ki, Çin tərəfi belə bir müharibənin iştirakçısı olmaq istəmir, amma ABŞ-dan da qorxmur və ticarət müharibəsi baş tutarsa, sona qədər mübarizə aparacaq, özünü müdafiə edəcək. Shuang, sonda Çinin ABŞ-a qarşı mübarizədə xalqa güvəndiyini və güclü iqtisadiyyatı ilə çətinliyin öhtəsindən gələ biləcəyini vurğulayıb.