Avropa Birliyi “Brexit”ə müqavilə ilə getməyə kömək etməlidir.
"Kommersant" xəbər verir ki, İngiltərənin xarici işlər naziri Jeremy Hunt açıqlama verərək, BB-nin Avropa Birliyindən çıxması üçün AB özü kömək etməlidir deyib. O bildirib ki, əks halda xaotik vəziyyət qaçılmaz olacaq.
Huntın sözlərinə görə "təsadüfi saziş" ssenarisindən qaçmaq üçün AB, məsələnin həllində daha çevik və yaradıcı olmalıdır. Bu hər iki tərəfin maraqları üçün doğru addım olar. Yeni nazir onu da bildirib ki, BB hər halda danışıqların uğursuzluqla nəticələnməsinə hazır olmalıdır və bütün səlahiyyətli orqanlar AB-dən müqaviləsiz çıxmağın nəticələrini qaldıracaq tədbirlər planı tərtib etməlidir.