"Kommersant" xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Brüsseldə keçirilən NATO sammitində Trumpın müəllifi olduğu "Saziş sənəti" adlı kitab haqqında danışıb və oradakı taktikalardan istifadə etdiyini bildirib.
Qeyd edək ki, Trump Makrondan AB ölkələrini Vaşinqtonla ticarət müqaviləsi imzalamağa razı salmasını istəyib. Makron isə bunun qarşılığında "Təhlükə altında olan ortaqlıqları dəstəkləmirəm. Mən "Saziş sənəti" kitabını oxumuşam. Oradan da bilirəm ki, düşmənə əvvəlcə cavab zərbəsi vurmalısan ki, danışıqlarda üstünlük əldə edə biləsən", - deyə fikir bildirib.