USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti bahalaşıb

19.03.2024 İqtisadiyyat
0 0
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin 1 barelinin qiyməti 0,83 ABŞ dolları, yaxud 0,95% artaraq 88,53 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.