Nyu-York birjası günə enişlə başlayıb. Açılışda Dow Jones indeksi 0,08 faiz azalaraq 39 139,59 bənd olub.
S&P 500 indeksi 0,22 faiz azalaraq 5 194,37 bənd, Nasdaq indeksi isə 0,38 faiz azalaraq 16 178,80 bənd olub. Ölkədə açıqlanan son məlumatlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il faiz dərəcələrini gözləniləndən daha az endirə biləcəyi ilə bağlı narahatlıqları artırsa da, açılışda birjalarda mənfi tendensiya müşahidə edildi.
ABŞ-da 30 illik ipoteka (ev krediti) üzrə orta faiz dərəcəsi 6,91 faiz, müraciətlər isə 0,6 faiz azalıb.
Mart ayında ölkədə özəl sektor məşğulluğu bazar gözləntilərinin üzərində 184 min adam artdı. İşə qəbulda ən böyük artım iyul ayından bəri müşahidə olunub.
Analitiklərin fikrincə, proqnozlaşdırılandan daha güclü məşğulluq artımı iqtisadi fəaliyyətin dayanıqlı qaldığını göstərən başqa bir işarədir.
Məlumatların investorların FED-in faiz endiriminin gedişatı ilə bağlı daha çox narahat olmasına səbəb olduğunu vurğulayan analitiklər, ABŞ istiqraz faizlərinin də artdığını qeyd ediblər.