USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Georgiyeva BVF prezidentliyinə yeganə namizəddir

04.04.2024 İqtisadiyyat
0 0
Beynəlxalq Valyuta Fondu (BVF) hazırkı prezident Kristalina Georgiyevanın növbəti prezidenti seçmək prosesində yeganə namizəd olduğunu açıqlayıb.

BVF-nin prezidentlik müddətinin sentyabrın 30-da başa çatacağı bildirilsə də, yeni sədrin seçilməsi ilə bağlı işlərə başlanılıb.

Qurumdan verilən açıqlamada BVF prezidentliyinə namizədlik prosesinin aprelin 3-də başa çatdığı, Georgiyevanın yeganə namizəd olduğu bildirilib. Bəyanatda, Georgieva ilə İcraçı Direktorlar arasında görüşlər də daxil olmaqla, prosesin daha əvvəl elan olunmuş istiqamətdə davam edəcəyi və seçki prosesinin ən qısa zamanda və aprelin sonuna qədər yekunlaşdırılmasının hədəfləndiyi bildirilib.

BVF-nin martın 13-də verdiyi açıqlamada İcraçı Direktorlar Şurasının növbəti prezidentin seçilməsi prosesinə start verdiyi açıqlanıb. Georgieva martın əvvəlində BVF rəhbərliyində ikinci müddətə işləmək istədiyini açıqladı.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin maliyyə nazirləri də Georgiyevanın daha bir müddət BVF-nin rəhbəri olmasını dəstəklədiklərini açıqlayıblar.

Ənənəvi olaraq BVF-nin prezidentini Avropa ölkələri, Dünya Bankının prezidentini isə ABŞ müəyyənləşdirir.