USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Süni intellektdən bizneslərə təklif: 'Qanunları pozun'

04.04.2024 İqtisadiyyat
0 0
Nyu-York şəhərinin süni intellektlə işləyən chatbotu şirkətlərə qanunu pozmağı təklif edib.

ABŞ-da Nyu York Bələdiyyəsi tərəfindən kiçik müəssisələrə kömək etmək üçün hazırlanmış süni intellekt dəstəkli söhbət robotunun biznes sahiblərinə qanunu pozmağı tövsiyə etdiyi müəyyən edilib.

2023-cü ilin oktyabrında Nyu-York Bələdiyyəsi tərəfindən şəhərin rəsmi internet saytında istifadəyə verilən süni intellekt chatbotunun ona verilən suallara şəhərin siyasətinə zidd cavablar verdiyi müəyyən edilib.

Sualın cavabında chatbot bildirib ki, işəgötürənin cinsi təcavüzdən şikayət edən və hamilə olduqlarını bildirməyən işçiləri işdən çıxarması qanunidir.

Süni intellektlə dəstəklənən robot şəhərin tullantı layihəsi ilə də ziddiyyət təşkil edərək, müəssisələrin zibilləri yalnız zibil torbalarından istifadə edərək ata biləcəyini və onları gübrə kimi təkrar emal etməyə ehtiyac duymadıqlarını bildirib.

Restoranın siçan dişlədiyi pendiri təqdim edə biləcəyini soruşduqda, chatbot "siçan dişləməsi olsa belə, müştərilərə pendir verilə bilər, lakin müştərilərin vəziyyətdən xəbərdar olması vacibdir" deyə cavab verib.

Sözügedən chatbot həmçinin xəbərdarlıq edir ki, onun cavabları hüquqi məsləhət deyil.

Problemlərə baxmayaraq, chatbotun hələ də saytda istifadəçilər üçün əlçatan olması tənqid edilib.

Vaşinqton Universitetinin professoru Jevin West də süni intellektlə dəstəklənən modellərin riskinin dövlət sektoru üçün daha yüksək olduğunu ifadə etdi.