USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyada fabrik sifarişləri 0,2 faiz artıb

05.04.2024 İqtisadiyyat
0 0
Almaniyada fabrik sifarişləri xarici tələbatın zəif olmasına baxmayaraq fevral ayında əvvəlki ayla müqayisədə 0,2 faiz artıb.

Almaniya Federal Statistika İdarəsi (Destatis) fevral ayı üçün zavod sifarişləri ilə bağlı müvəqqəti məlumatı açıqlayıb. Müvafiq olaraq, ölkədə istehsal olunan məhsullar üzrə sifarişlər fevral ayında 0,2 faiz artıb, illik bazda isə 10,6 faiz azalıb. Fabrik sifarişləri üçün bazar gözləntisi aylıq 0,8 faiz artım olacağı idi.

Destatis, daha əvvəl ilkin məlumatlarla yüzdə 11,3, yekun məlumatlarla isə yüzdə 11,4 azalma olaraq elan etdiyi yanvar ayı fabrik sifarişləri məlumatlarını yenidən nəzərdən keçirdi. 2023-cü ilin dekabr ayında ölkədə fabrik sifarişlərində 12 faiz artım olub.

Almaniyada fevral ayında xaricdən gələn sifarişlərdə aylıq bazda yüzdə 0,7 azalma, daxili sifarişlərdə isə yüzdə 1,5 artım qeydə alınıb. Avrozonadan gələn sifarişlərdə 13,1 faiz kəskin azalma olması diqqət çəkib.

Fevral ayında sektorlar üzrə yeni sifarişlərə baxsaq, maşınqayırma 10,7 faiz çox sifariş alarkən, avtomobil sənayesində sifarişlər 8,1 faiz, metal məmulatlarında isə 5,3 faiz azalaraq ümumi nəticəyə mənfi təsir göstərib.

Commerzbank-ın baş iqtisadçısı Jörg Kramer məlumatların qiymətləndirilməsində Almaniyanın sənaye istehsalında sürətli bərpanın gələn sifarişlərlə mümkün olmadığını bildirdi.

  • Əvvəlki

    Aİ ilə ABŞ çiplər və süni intellekt sahəsində əməkdaşlığı artırmaq istəyir

Digər xəbərlər