USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nyu-York birjası yüksəlişlə açılıb

06.04.2024 İqtisadiyyat
0 0
Nyu-York Birjası məşğulluq məlumatlarının gözləntiləri aşması ilə günə yüksəlişlə başlayıb.

Açılışda Dow Jones indeksi 0,18 faiz artaraq 38 664,98 bənd olub. S&P 500 indeksi 0,23 faiz artaraq 5 158,95 bənd, Nasdaq indeksi isə 0,29 faiz artaraq 16 095,24 bənd olub.

ABŞ-da məşğulluq son 10 ayın ən güclü artımını qeyd edərkən, həftənin son ticarət gününün açılışında birjalarda müsbət tendensiya müşahidə olunub.

Ölkədə kənd təsərrüfatı xaricində məşğulluq mart ayında gözləntiləri aşaraq 303 min nəfər artdı və işsizlik nisbəti yüzdə 3,9-dan yüzdə 3,8-ə düşdü.

ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən diqqətlə izlənilən orta saatlıq qazanc da gözləntilərə uyğun olaraq 0,3 faiz artaraq 34,69 dollara çatıb.

Fed rəsmilərinin bankın faiz dərəcələrini gözlənildiyindən daha az endirə biləcəyi ilə bağlı dünənki göstərişini xatırladan analitiklər, son məşğulluq məlumatlarının yüksək faiz dərəcələrinin təsirlərinə baxmayaraq, ölkədəki əmək bazarının dayanıqlılığını davam etdirdiyini göstərir.