USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OECD regionunda inflyasiya dəyişməyib

08.04.2024 İqtisadiyyat
0 0
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) fevral ayında inflyasiyanın sabit qaldığını bildirib.

OECD-nin Foreks Haber ilə e-poçt vasitəsilə paylaşdığı hesabata görə, Regionda bir əvvəlki ayda yüzdə 5,7 olan illik inflyasiya fevral ayında da eyni səviyyədə qalıb. Bölgədə 2023-ci ilin eyni ayında inflyasiya yüzdə 8,9 olub.

Ərzaq və enerji istisna olmaqla hesablanan baza inflyasiyası illik 6,6 faizdən 6,4 faizə enib.

Enerji qiymətlərindəki azalma illik bazda yüzdə 2,5-dən yüzdə 0,5-ə düşüb.

Ərzaq məhsullarının qiymət artımı 6,6 faizdən 5,3 faizə düşüb.

  • Əvvəlki

    Rosatom: Zaporojya Atom Elektrik Stansiyasına PUA-larla hücum edilib

Digər xəbərlər