İraq neft nazirinin müavini Bəsim Məhəmməd, Bağdadın ayın sonuna qədər Türkiyəyə sutkada 350 min barel (bpd) neft göndərməsinə imkan verəcək boru kəmərini təmir etdiyini açıqlayıb. Yeni açılan xətt bir müddət bağlanmış Kərkük-Ceyhan kəmərinə rəqib olaraq yeni marşrut yaradacaq.
Türkiyə ilə İraq arasında son zamanlar qurulan isti münasibətlər öz bəhrəsini verməyə başlayıb. İraqın son dəqiqə açıqlaması Türkiyə ilə iqtisadi əlaqələrin yenidən qurulması baxımından böyük əhəmiyyət kəsb edir.
Xarici şirkətlərlə müqavilələr bağlayaraq İraq Kürd Bölgəsi rəhbərliyinin hasilatı paylaşmasına qarşı çıxan Bağdad rəhbərliyi, bir müddətdir bağlanan Kərkük-Ceyhan boru xəttinə alternativ olaraq uzun müddətdir istifadə olunmayan neft kəmərini Türkiyənin istifadəsinə açmağa qərar verib.
Sözügedən xəttdən keçən axının 2014-cü ildə İŞİD hücumlarından sonra dayandırıldığı və zədələndiyi bildirilib.
Reuters-ə açıqlama verilib
İraqın neft nazirinin müavini Bəsim Məhəmməd sözügedən xəttlə bağlı Reuters agentliyinə verdiyi açıqlamada deyib: "Təmir işləri davam edir və anbarlarla birlikdə böyük bir xam neft nasos stansiyası da tamamlanıb. Boru kəməri böyük ehtimalla işə düşəcək və bu ayın sonuna qədər axınları yenidən başlatmağa başlayaq".
Kərkük-Ceyhan xəttinə alternativ olacaq
Arbitraj məhkəməsinin Bağdadın icazəsi olmadan yarı muxtar Kürd bölgəsindən neft ixracını asanlaşdırmaqla 1973-cü ildə bağlanmış müqavilənin müddəalarını pozduğuna dair qərarından sonra Kərkük-Ceryhan boru kəməri 25 mart 2023-cü ildə dayandırılıb.