Bildirilib ki, Aviasiya Təhlükəsizliyi Şirkətləri Federal Assosiasiyası (BDLS) ilə Almaniyadakı həmkarlar ittifaqları arasında hava limanlarında mühafizəçilərin maaşlarının artırılması ilə bağlı prinsipial razılıq əldə olunub.
Almaniyada Federal Aviasiya Təhlükəsizliyi Şirkətləri Assosiasiyası (BDLS) hava limanı təhlükəsizlik işçilərinin maaşlarının artırılması ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.
BDLS-dən verilən açıqlamaya görə, hava limanlarında mühafizəçilərin maaşlarının artırılması üçün aparılan danışıqlarda müstəqil vasitəçilər (arbitraj) işə salındıqdan sonra Birləşmiş Xidmət Sektoru Birliyi (Ver.di) ilə razılıq əldə olunub.
Arbitraj tövsiyəsi, təxminən 25 min hava limanının təhlükəsizlik işçisinin əmək haqqının 15 ay ərzində 13,1 faizdən 15,1 faizə yüksəlməsini nəzərdə tutur.
Fevralın 1-də Avropanın ən böyük iqtisadiyyatının hava limanlarında təhlükəsizlik işçilərinin xəbərdarlıq tətili uçuşların əksəriyyətini dayandırdı və 300 mindən çox sərnişin uçuşların ləğvindən təsirlənib.