USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artıb

09.04.2024 İqtisadiyyat
0 0
Bu ilin yanvar-mart aylarında əsas kapitala 3809,2 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4% çox investisiya yönəldilib.

Kommersant.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,7%, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 4,8% artıb.

İstifadə olunmuş investisiyanın 2122,6 milyon manatı və ya 55,7%-i məhsul istehsalı sahələrinə, 1453,1 milyon manatı (38,2 faizi) xidmət sahələrinə, 233,5 milyon manatı (6,1%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 3024,8 milyon manatını və ya 79,4%-ni daxili investisiyalar təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların 2681,9 milyon manatı və ya 70,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.