USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Binance rəhbəri çirkli pulların yuyulmasına görə həbs cəzasına məhkum edilib

09.04.2024 İqtisadiyyat
0 0
Nigeriyanın Federal Məhkəməsi “Binance” kriptovalyuta birjasının rəhbər işçilərindən biri Tiqran Qəmbəryanı çirkli pulların yuyulmasına görə həbsxanaya göndərib.

Abuca Federal Ali Məhkəməsində Qəmbəryan İqtisadi və Maliyyə Cinayətləri üzrə Komissiyanın (EFCC) ona qarşı irəli sürdüyü çirkli pulların yuyulması ittihamlarını boynuna almayıb. Hakim Emeka Nwite Qəmbəryanın zaminə buraxılması barədə ərizəsinin müəyyənləşdirilməsini gözləmək üçün Abucadakı Kuje həbsxanasında həbs qətimkan tədbiri seçib.

Nigeriya hökuməti Binance-ə qarşı başladılan araşdırmalar çərçivəsində fevralın 28-də Binance rəhbərləri Nadeem Anjarwalla və Gambaryanı ölkədə saxlayıb. Anjarwalla ötən ay həbsxanadan qaçıb, lakin Qəmbəryan həbsdə qalıb.

Fevral ayında Nigeriya hökuməti ölkədə qeyri-qanuni pul köçürmələrini və yerli valyuta nairanın devalvasiyasını dayandırmaq səyləri çərçivəsində Binance-ə girişi bloklayıb.

220 milyon əhalisi ilə Afrikanın ən sıx məskunlaşdığı ölkə olan Nigeriyada yerli valyuta naira dollar qarşısında tarixində ən aşağı səviyyədədir.

Zəngin neft və təbii qaz ehtiyatlarına sahib olan Nigeriya iqtisadiyyatı, gəlir bərabərsizliyi, Boko Haram və silahlı dəstə üzvlərinin hücumları kimi problemlərdən mənfi təsirlənir.