USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TikTok-un ABŞ-ın qadağa cəhdinə cavabı: İfadə azadlığının pozulması

22.04.2024 İqtisadiyyat
0 0
TikTok xəbərdarlıq edib ki, ABŞ-ın sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq.

TikTok sözçüsü platformanı qadağan edən qanun layihəsinin ABŞ Nümayəndələr Palatasında təsdiqini pisləyib.

BBC-də yer alan xəbərə görə, sözçü ABŞ-ın TikTok-u qadağan etmək cəhdinin 170 milyon amerikalının ifadə azadlığı hüququnu pozduğuna dair xəbərdarlıq edərək, ABŞ iqtisadiyyatına hər il 24 milyard dollar töhfə verən platformanın bağlanmasının, 7 milyon müəssisəyə zərər vurur.

ABŞ Konqresinin Nümayəndələr Palatası TikTok-un ölkədə qadağan edilməsinə yol açan qanun layihəsini martın 13-də qəbul edib və qanun layihəsi təsdiq üçün Senata göndərilib.

ABŞ prezidenti Co Bayden qanunu Senatın təsdiq edəcəyi təqdirdə imzalayacağını və qüvvəyə minəcəyini açıqlayıb.

TikTok-un “milli təhlükəsizliklə bağlı problem yaratdığı” səbəbiylə qadağan edilməsinə yol açan qanun layihəsi qanuna çevrilərsə, əsas tərəfdaş Çin şirkəti ByteDance platformanı təhvil verməli olacaq.