USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tesladan endirim

23.04.2024 İqtisadiyyat
0 0
ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla Çin, Almaniya və ABŞ kimi böyük bazarlarda bəzi modellərinin qiymətlərini endirib.

Çinli avtomobil istehsalçıları ilə rəqabət aparan Tesla, elektrikli avtomobil qiymətlərində yeni endirimlər edib.

Şirkətin saytındakı qiymət siyahılarına əsasən, Tesla Çində Model 3-ün başlanğıc qiymətini 14 min yuan (təxminən 1932 dollar) azaldaraq 231 min 900 yuana (təxminən 32 min dollar) endirib.

Almaniyada Model 3-ün qiyməti 42 min 990 avrodan 40 min 990 avroya endirilib.

ABŞ-da şirkət Model Y, Model X və Model S avtomobillərinin qiymətlərini 2 min dollar ucuzlaşdırıb.

ABŞ mətbuatında Teslanın Avropa, Yaxın Şərq və Afrikanın bir çox başqa ölkələrində də qiymət endirimləri etdiyi bildirilir.