USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ İrana qarşı yeni sanksiyalar növü təklif edib

23.04.2024 İqtisadiyyat
0 0
Avropa Parlamenti İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.

Avropa Parlamentinin (AP) Belçikadan olan üzvü Assita Kanko İranın aprelin 13-dən 14-nə keçən gecə İsrailə hücumu ilə əlaqədar Tehrana qarşı yeni sanksiyaların tətbiqinə çağırıb. Parlamentari Avropa diplomatiyasının rəhbəri Josep Borrell-ə ​​müraciətində ölkəyə ballistik raketlərin yaradılması üçün komponentlərin tədarükünə qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar növü təklif edib:

“İranın İsrailə raket hücumundan sonra Komissiyanın vitse-prezidenti/Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi [Josep Borrell] İrana qarşı əlavə AB sanksiyaları təklif etmək niyyətindədir".

Aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yanındakı binaya hücum edib. Hücum zamanı diplomatik missiya binası dağıdılıb, 16 nəfər həlak olub.

Aprelin 13-dən 14-nə keçən gecə İran İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer raketi atıb. Tehran bu hərəkətləri diplomatik missiyasına vurulan zərbəyə cavab adlandırıb.